İqtisadiyyata qoyulan investisiyalarda şübhəli rəqəmlər yaranıb İLHAM ŞABANIN TƏHLİLİ

  • By admin
  • 15 Mart 2018 17:10

 

Azərbaycan iqtisadiyyatına son 15 ildə nə qədər yatırım edilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bu rəqəmin 230 milyard dollar olduğu qeyd olunmuşdur. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bununla bağlı apardığı araşdırmağa ilginc təzadlara rast gəlib.

Gununsesi.info Mərkəzin rəhbərinə istinadən xəbər verir ki, müxtəlif illərdə ayrı-ayrı dövlət qurumlarının açıqlamlarını tutuşdurduqda ölkə iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcmində artım deyil, azalma müşahidə olunur. Bu da sərmayələrlə bağlı statistikada qeyri-şəffaflığın olduğunu göstərir.

Məsələn,  bu gün Azərbaycan prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumunun açılış mərasimində son on 14 ildə 230 milyard dollarlıq sərmayə qoyulduğu deyilib.

İ.Şaban araşdırıb ki, hələ keçən ilin oktyabr ayında  iqtisadiyyat nazirinin müavini Sahil Babayev  1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd. dollarlıq həcmində investisiya qoyulduğunu deyib.  Bunun $111 mlrd-ı xarici investisiyalar təşkil edir.

Beləliklə,  Məntiqlə 22 illik yatırımların həcmi 14 illik sərmayələrin həcmindən çox olmalı idi.

Şaban eyni təzadların İran-Azərbaycan arasındakı sərmayələrin həcmində də müşahidə olunduğunu qeyd edir. Onun sözlərinə görə, Azərbaycanla İranl arasında ticarət dövriyyəsi 10 il bundan əvvəlki səviyyənin heç üçdə biri qədər deyil: “Əgər nəzərə alsaq ki, son 3 ildə Azərbaycan gömrüyündə neft qiymətlərinin aşağı düşməsi ilə əlaqədar nə qədər şəffaflığa meyl oldu, nə qədər malların qeydiyyatı dəqiqləşdirildi, hətta xırda-xuruş şeylərin statistikası da gözdən yayınmamadı.  10 il əvvəl Azərbaycanda təqribən 100 İran kapitallı şirkət varıymış, indi deyirlər belə şirkətlərin sayı 700-dür. Ancaq buna baxmayaraq ticarət dövriyyəsi kifayət qədər azalıb”.

İ.Şaban deyir ki, Azərbaycanın xarici ticarətində pik dövr 2011-ci ildə qeydə alınıb: “Bu da neft qiymətləri ilə əlaqədardır. O zaman ticarət dövriyyəmiz 36,32 milyard dollar olub. Amma İranla ticarətimiz bunun cəmi 0,8%-ni,  yəni 305 milyon dollar təşkil edib. Baxmayaraq ki, 2007-ci ildə ticarət dövriyyəmizin 11,77 milyard dollar olan zamanı İranla ticari əlaqələrin həcmi 541 milyon dollara çatırdı və bu cənub qonşumuzla görə həddi idi. 2013-də 277 mln. dollar, 2014-də 186 mln. dollar, 2015-də 132 mln. dollar, 2016-da 212 mln. dollar və 2017-də 267 mln. dollar”.

İqtisadiyyat naziri Şahin Mustafayev fevralın 9-da İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə təşkil olunan ziyafətdə deyib ki, Azərbaycanla-İran arasında ticarət dövriyyəsi 10 ildə dövriyəsi 30% artıb.

 

Vüsalə

Gununsesi.info