Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,33 dollar və ya 2,56% artaraq 93,37 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.








