İqlim dəyişikliyi hər il 250 min nəfərin ölümünə səbəb olacaq - qorxunc proqnoz

  • By admin
  • 09 İyul 2016 11:28

iqlim

 

2030-cu ilədək iqlim dəyişikliyi hər il 250 min nəfərin ölümünə səbəb olacaq. Əsas ölüm səbəbləri malyariya, ishal, günvurma və aclıq olacaq.

Gununsesi.info BMT-nin saytına istinadən xəbər verir ki, bu fikirlər iqlim dəyişikliyinin insan səhhətinə təsiri ilə bağlı Dünya Səhiyyə Təşkilatının Parisdə keçirilən konfransında səslənib.

Qeyd olunub ki, istiləşmə və rütubətin artması xəstəlik yayan həşəratların çoxalıb yayılmasına gətirib çıxaracaq. Eyni zamanda, həddindən artıq istilərdən və quraqlıqdan çoxlu sayda insan ziyan çəkəcək. Havanın çirklənməsi nəticəsində bitkilərin çiçəklənmə dövrü uzanacaq ki, bu da astma və allergiyadan əziyyət çəkən insanların sayını artıracaq. İstiləşmə və daşqınlar su mənbələrini çirkləndirəcək. Nəticədə çirkli sudan istifadə edənlər müxtəlif xəstəliklər tapacaqlar.

Gununsesi.info