Lalə Qafarova səhnəyə çıxmaq zorunda qalıb

  • By admin
  • 09 İyul 2016 11:25

nurka

 

Ötən ay atasını itirən müğənni Lalə Qafarova səhnəyə çıxmaq zorunda qalıb. Gununsesi.info-nun məlumatına görə, bu haqda müğənni sosial şəbəkədə yazıb. Belə ki, ifaçı Ramazan bayramı münasibətilə Qəbələdə düzənlənən konsertdə çıxış edərk, bir neçə mahnı oxuyub.

Sözügedən tədbir Qəbələnin məşhur əyləncə mərkəzlərinin birində baş tutub. Atasının yasını saxalayan müğənni müəyyən səbəblərdən öncədən planlaşdırılmış tədbirdə səhnəyə çıxmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Lalə Qafarovanın atası bu il iyunun 16-da düyasını dəyişib.

 

Gülnaz Qənbərli