
2016-cı ilin yanvar-noyabr aylarında əsas kapitala 13 milyard manat məbləğində vəsait yönəldilib.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki,əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkənin iqtisadiyyatına qoyulan investisiyalar 28 faiz azalıb.
Məlumata görə, istifadə olunmuş vəsaitin 10,4 milyard manatı və ya 80,6 faizi məhsul istehsalı obyektlərinin, 2 milyard manatı (15,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 530 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 1519,8 min kvadrat metr olan yaşayışevlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5,3 milyon manatını və ya 41 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 9,4 milyard manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinəyetirilməsinə sərf olunub.
Vüsalə Rüstəmova
Gununsesi.info