İran Bəhreynin ittihamına cavab verib

  • By admin
  • 12 Noyabr 2017 15:23


Iran ötən cümə günü Bəhreyndə neft kəmərində törədilən partlayışla bağlı ittihamı rədd edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasemi deyib ki, Bəhreynin rəsmi şəxsləri istənilən olaydan sonra günahı İranda axtarır.

Bunu absurd sayan B. Kasemi belə “uşaq ittihamı oyunları”nın zamanının başa çatdığını bildirib: “İran həmişə bəyan edib ki, İranın təhlükəsizliyi və sabitliyi bütün qonşu ölkələrin təhlükəsizliyi və sabitliyindən asılıdır”.

Qeyd edək ki, noyabrın 10-da axşam Səudiyyə Ərəbistanı və Bəhreyn arasındakı neft kəmərində yanğın baş verib. Bəhreynin Hamad şəhərində neft kəmərində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Bəhreyn Daxili İşlər Nazirliyi yanğının təxribat nəticəsində baş verdiyini açıqlayıb. Bəhreyn Xarici İşlər Nazirliyi Xaled ben Əhməd əl-Xəlifə İranı təxribat törətməkdə günahlandırıb.

 

Gununsesi.info