İran ilə açıq müharibə başlandı

  • By admin
  • 13 Fevral 2018 19:04

İsrail ilə İran arasındakı gərginlik daha da artdı.

Gununsesi.info xəbər verir ki, İsraildə nəşr olunan Jerusalem Post qəzetinin yazdığı xəbərə görə, İsrail ilə İran arasında açıq şəkildə müharibə başlayıb.

 

İsrailin Suriyanın cənubundakı qarışıqlığa cəlb edilməsi ilə İran məxsus pilotsuz təyyarə İsrail tərəfindən vurulduqdan sonra, İrana məxsus havadan müdafiə etmə sistemlərinin İsrailin F-16 pilotunu vurması ilə gərginlik daha da artmışdı.

Bölgədəki gərginlik İsrail mediasına da əks olunub. Ölkənin “Jerusalem Post” qəzetində nəşr etdiyi xəbərdə Yaakov Katz müharibə məsələsinə toxunub. O, “İndiyə qədər bu müharibə gizli şəkildə icra edilirdi. Savaşın bəzi detalları ictimaiyyət tərəfindən bilinsə də, böyük qisimi sirr olaraq qalmağa davam edir” – deyə bildirib.

Yaakov Katz yazısında bildirib:

“Şənbə günü baş verən hadisə İran və İsrail arasında birbaşa müharibənin başlanğıcını qoydu. İsrailin İrana məxsus pilotsuz təyyərəsini vurması və İsrailə məxsus F-16-nın vurulması bölgədə baş verəcək müharibənin giriş mərhələsi oldu.”

Gununsesi.info