İran milli komandasının azərbaycanlı qadın üzvü repressiyalara etiraz olaraq yığmadan ayrıldı

  • By admin
  • 27 Noyabr 2022 00:48

 

İranda xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib.

Gununsesi.info İranın Telegram kanallarına istinadən bildirir ki, əslən Azərbaycanın Zəncan əyalətinin Xudabəndə şəhərindən olan tanınmış idmançı və İran milli taekvando komandasının üzvü Əkrəm Xudabəndəli milli komandadan ayrılıb.

 

Azərbaycanlı idmançı özünün sosial media hesabında etdiyi paylaşımda 12 illik idman fəaliyyətindən sonra İran milli yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

 

Əkrəm Xudabəndəli İran qadın taekvandoçuları arasında ən güclü idmançılardan sayılır. O, 12 illik peşəkar idman fəaliyyəti dövründə bir neçə dəfə Asiya və dünya çempionatlarına qatılıb, qızıl və gümüş medallar qazanıb.

Afət Abbasova 

Gununsesi.info