İran səfiri Ramil Usubovla görüşüb

  • By admin
  • 15 Fevral 2017 17:23

ramil

Bakı ilə Tehran terrorizmə qarşı birgə aktiv  mübarizə aparmağın zəruri hesab edir.

İranın azərbaycandakı səfirliyindən Gununsesi.info-ya verilən məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın daxili işlər naziri Ramil Usubov ilə görüşüb.

Görüşdə Azərbaycanın daxili işlər naziri iki ölkə əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf halında olduğuna işarə edib və deyib: İran və Azərbaycan iki dost, qardaş ölkə olaraq, dərin dini, tarixi və mədəni bağlara malikdirlər. Buna görə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. 

Ramil Usubov bildirib ki, terrorizm və ifratçılıq ilə mübarizə habelə, mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə iki ölkə rəsmilərinin əlaqələrin möhkəmləndirilməsi üçün təkid etdikləri sahələrdəndir. Biz birgə əməkdaşlıq nəticəsində terrorist dəstələri zərərsizləşdirə bilərik.

Görüşdə eyni zamanda Azərbaycan prezidenti İlham Iliyevin martda İrana gözlənilən səfəri  ətrafında fikir mübadiləsi aparılıb.

İran səfiri də bu görüşdə İranın daxili işlər nazirinin bir neçə ay öncə Azərbaycana olan səfərinə toxunaraq, İran İslam Respublikasının iki ölkənin Daxili İşlər Nazirlikləri arasında profesional əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. 

Gununsesi.info