İran Suriyada daha bir itki verdi

  • Müəllif: admin
  • 03 İyun 2017 17:16

sepah_sehid

 

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) daha bir üzvü Firidun Əhmədi Suriyadakı savaşda həlak olub.

Axar.az xəbər verir ki, Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Kirmanşah şəhərindən Suriyaya göndərilən SEPAH muzdlusu iyunun 1-də hökumətə müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb.

SEPAH-çının cənazəsi iyunun 3-ü axşam saatlarında ölkəyə gətirilərək Kirmanşah şəhərində dəfn ediləcək.

Qeyd edək ki, İran Əsəd rejiminin əsas himayədarlarından və onun mühüm sponsorlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə SEPAH-çı Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan SEPAH-ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

Gununsesi.info