
İran bir qrup hərbçisini Suriyaya göndərib.
Gununsesi.info “Fars News“ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Mühafizəçiləri Korpusunun (İİMK) Quru qoşunları qüvvələri komandanı, general-leytenant Mühəmməd Pakpur deyib.
Onun sözlərinə görə, İİMK bir qrup hərbi məsləhətçisini Suryaya göndərib: “Onlar Suriyada “Qüds” xüsusi əməliyyat qrupuna terrorizmə qarşı mübarizədə yardım edəcək”.
İranlı general onu da deyib ki, bundan sonra da İİMK Suriyaya hərbçilər göndərəcək. Bununla belə o, əlavə edib ki, mütəşəkkil hərbi ordu hissəsinin Suriyaya göndərilməsinə hələlik ehtiyac yoxdur.
Gununsesi.info












