Dövlətin iri broyler müəssisələri özəlləşdirilməyə çıxarıldı

  • Müəllif: admin
  • 04 May 2017 15:52

Shefa

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi may ayında bir sıra  səhmdar cəmiyyətlərinin səhmlərini hərraca çıxaracaq.

Gununsesi.info bunu Komitəyə istinadən bildirir.

Bunlar arasında iri sənayeə müəssisələrindən Sumqayitda yerləşən “Azərmtalinvest” ASC (nizamnamə kapitalı 385,9 min manat),  Bakıda yerləşən “Azinterservis” (nizamnamə kapitalı 886.1 min manat),  Goranboy Sənaye İnşaat (n/k 47.7 min manat),  “Kürdəmir Kəndkimya” (481.4 min manat), Şəki Tikinti Quraşdırma ( n\k 153.7 min manat), Şamaxı Dəmir Beton (n\k 20.3 min manat),  Bərdə Titinki Quraşdırma (n\k 184.7 min manat), Goranboy Aqrotexservis (n\k 453.8 min manat), Ağcabədi Aqrotexservis (658.5 min manat), Mingəçevir Qum Çınqılı (n\k1 milyon 033 min manat) və sair obyektlərin adını çəkmək olar.

Emal müəssisələri arasnda da səhmlərinin emissiyası həyata keçirilir.  Boradigah Çay-2 (n\k n\k 700 min manat), Yevlax Yun (nizamnamə kapitalı 2.4 milyon manat), Şıxlar Broyler, Neftçala Ət Kombinatı, Masazır Quşçuluq, “Astara Çay-3”, Ağdaş Quşçuluq,  Beləsuvar Broyler, Qax Taxıl (n\k 1 milyon manat), Səlyan və Saatlı Borylerlər və sair bu kimi iri müəssisələri özəlləşdirilmək üçün səhmləri hərraca çıxarılacaq.

Qeyd edək ki, hərraclar mayın 10-u, 16-sı, 23-ü və 30-dadır.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info