İran və Azərbaycan Astara gömrüyündə sərhəd tranzitinin sadələşdirilməsi barədə razılığa gəliblər

  • By admin
  • 05 Fevral 2022 18:21

İranın Astara Baş Gömrük İdarəsinin rəisi Səid Naderi ilə Azərbaycan rəsmiləri arasında görüş keçirilib.

Gununsesi.info-nun İRNA-ya istinadla verdiyi xəbərə görə, bu barədə İranın Astara Baş Gömrük İdarəsi məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında sərhəd tranzitinin asanlaşdırılması və artırılması barədə razılığa gəliblər.

Görüş zamanı Səid Naderi Azərbaycan Respublikası Gömrük Xidməti tərəfindən yük maşınlarının daha sürətlə keçirilməsini istəyib.

Astara Baş Gömrük İdarəsinin rəisi iki ölkənin yol və şəhərsalma nazirləri arasında əldə edilmiş razılaşmanı xatırladaraq, Azərbaycana daxil olan yük maşınlarının sayının sutkada 400-ə çatdırılmasına və sözügedən prosesi asanlaşdırmağa çağırıb.

İclasın yekunu olaraq qərara alınıb ki, yeni gömrüyün təkmilləşdirilməsi layihəsi başa çatana qədər İrana məxsus yük maşınlarının sayı gündə 300-ə çatdırılsın.

 

Gununsesi.info