İran vətəndaşları sərhəddə tutuldu - NARKOTİKLƏ

  • Müəllif: admin
  • 27 Noyabr 2017 13:58
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınıb.
DSX-nın Mətbuat Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, noyabr ayının 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respub­likasından Azərbaycan Res­publikası istiqamətində dövlət sərhə­dinin pozulmasına cəhd edilib.
Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozul­masının qarşısı alınıb, hadisə ye­rindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalan­ıb.
İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucula­rının – 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olun­ub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info