İranda 4,7 bal gücündə ZƏLZƏLƏ

  • By admin
  • 10 Oktyabr 2021 21:41

İranda 4,7 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 107 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Gununsesi.info