İranda etirazlar başladı

  • By admin
  • 18 Sentyabr 2022 15:19

İranda polis tərəfindən nəzarət altına alındıqdan sonra polis bölməsində özündən gedərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsə Əmini vəfat edib.

Gununsesi.info “İRNA” agentliyinə istinadla xəbər verir ki, “Geyim qaydalarına” əməl etməməsi səbəbi ilə polislər tərəfindən saxlanılan gəncin ölümünün detallı araşdırılması ilə bağlı İran prezidenti İbrahim Rəisi təlimat verib.

Verilən məlumata görə, Məhsə Əmini üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Ailə üzvləri onun ölüm xəbərini təsdiqləyiblər.

Gənc qızın ölümü ölkədə bir çox siyasətçilər və ictimai adamlar tərəfindən tənqidlə qarşılanıb. Polis rəsmiləri qızın “anidən şüurunu itirməsi” və “ürək problemi” səbəbi ilə öldüyünü açıqlayırlar.

Məhsə Əmininin polis zorakılığı ilə öldürülməsi araşdırılır. Prezident Ruhaninin təlimatından sonra hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin hərtərəfli məlumat verəcəyi bildirilir.

İran Parlamenti və Tehran Baş Məhkəməsi hadisəni yaxından izlədiklərini açıqlayıb.

Məlumat üçün bildirək ki, M.Əmininin ölümü dünyada geniş əks-səda doğurub. Amerika və digər ölkələr İran rəsmilərini gənc qızın ölümü ilə bağlı polis zorakılığında ittiham edir.

Tərcümə : Arzu S.