İranda güclü partlayış -Ölənlər var

  • By admin
  • 27 Oktyabr 2022 12:20

İranda oksigen zavodunda güclü partlayış olub.

Gununsesi.info xəbər verir ki, partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində qeydə alınıb.

Məlumata görə, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Gecə saatlarında baş vermiş partlayışın ilkin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info