Media subyektlərinə kvota qoyulmayıb - AGENTLİK

  • By admin
  • 27 Oktyabr 2022 12:25

“Media subyekti və onun redaksiya heyətinin Media Reyestrinə daxil edilməsi zamanı işçi sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur”.

Gununsesi.info “Report”a istinadən məlumat verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verirlib.

Qeyd olunub ki, media subyekti və onun redaksiya heyətinin Media Reyestrinə daxil edilməsi zamanı subyektin və redaksiyanın hər hansı minimum işçi sayına malik olması ilə bağlı tələb yoxdur:

“Yəni işçi və əməkdaş sayından asılı olmayaraq, media subyekti Media Reyestrinə daxil edilə bilər. Ancaq Media Reyestri informasiya sistemində işçi haqqında məlumatların daxil edilməsi tələbi olduğundan minimum bir nəfər haqqında məlumatlar ora daxil edilməlidir”.

Gununsesi.info