İranda prezident seçkiləri keçirilir - PROSESƏ 300 MİNƏDƏK POLİS CƏLB EDİLİB - FOTOLAR

  • Müəllif: admin
  • 19 May 2017 09:40

2463728

Bu gün İran İslam Respublikasında 12-ci prezident seçkiləri keçirilir və seçicilərin seçkidə aktivliyi müşahidə olunmaqdadır.

Gununsesi.info “Mehr News”a istinadən xəbər verir ki, seçkilərə səhər saat 8.00-da start verilib.

İran Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 56 milyon nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb.

Qeyd edək ki, İranda prezident seçkiləri ilə paralel şəhər şuralarına və parlamentə əlavə seçkilər də keçirilir. Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 300 minədək əməkdaşı cəlb edilib.

Artıq İranın Ali rəhbəri Seyyid Əli Xaməneyi, prezident Həsən Ruhani və digər prezidentliyə namizədlər, rəsmilər səsvermədə iştirak edib.

Seçkidə 4 namizəd iştirak edir. Namizədlər Həsən Ruhani, Seyyid İbrahim Rəisi, Seyyid Mustafa Mirsəlim, Seyyid Mustafa Haşimi Tabadır. Favorit namizədlər Həsən Ruhani və Seyyid İbrahimi hesab olunur. Həsən Ruhani islahatçıların, Seyyid İbrahim Rəisi isə mühafizəkarların namizədidir. Seçici səslərinin 50 faizdən çoxunu toplayan namizəd prezident olacaq. Əgər namizədlər bu baryeri aşa bilməsələr, o zaman ikinci tur olacaq.

2463670

2463712

Mürtəza

Gununsesi.info