İranda son sutkada 142 pandemiyanın qurbanı oldu

  • By admin
  • 10 İyul 2020 14:11

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 142 nəfər vəfat edib.

Gununsesi.org-un məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 12 447 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 262 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 252 720 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 215 015 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 319 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.org