İranda terror aktının qarşısı alınıb

  • By admin
  • 12 Mart 2018 23:15

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb.

Gununsesi.info xəbər verir ki, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş.

Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki terrorçunun zərərsizləşdirildiyi məlumat verilib. Daha bir terrorçu isə özünü partladıb.

Hadisə nəticəsində İİKK-nin iki əməkdaşı yaralanıb.

Gununsesi.info