Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı satıldı - 67 MİN DOLLARA

  • By admin
  • 12 Mart 2018 23:30

Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub.

Balıq auksionda 7,15 milyon yen – təqribən 67 min dollara satılıb.

Tunes martın 9-da Honsü adasından 555 km cənubda, Oqasavara adalarında ovlanıb. Balıqçılar tunesi sudan çıxartmağa təqribən 1 saat vaxt sərf ediblər.

Xatırladaq ki, ötən ilin mart ayında Katsuura limanından olan ovçular çəkisi 446 kq, uzunluğu 2,82 m olan tunes ovlamışdılar.

Gununsesi.info