İranda zəlzələ baş verib

  • By admin
  • 18 Yanvar 2018 09:05

İran-İraq sərhədində 3,8 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 06:24-dı qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 64 km qərbdə, ocağı isə 7 km dərinlikdə yerləşib.

Bundan əvvəl isə, yerli vaxtla saat 05:46-da ölkənin mərkəzi bölgəsində 4,5 maqnitudalı zəlzələ olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Gununsesi.info