Bakıda qadını avtomobil vurub

  • By admin
  • 18 Yanvar 2018 09:10

Bakının Qaradağ rayonu ərazisində qadını avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, avtoqəza Müşfiqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini Nazilə Nəsirova yolu keçmək istəyən zaman taksi kimi fəaliyyət göstərən minik avtomobilinin zərbəsi ilə üzləşib. Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə 1 saylı Xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.

Yol qəzası ilə bağlı araşdırmalar aparılır.

Gununsesi.info