İrandakı səfirliyimiz fəaliyyətini dayandırdı

  • By admin
  • 30 Yanvar 2023 00:09

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

“Səfirliyin inzibati binasının və əmlakının qorunması üçün əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, – deyə XİN başçısının müavini qeyd edib.

Bu axşam saatlarında isə Azərbaycanın İrandakı səfiri və ailəsi xüsusi reyslə Bakıya gəlib.

 

Gununsesi.info