
Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub.
Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə ordusunun əsgəri Hakkari/Yüksekova sərhəd bölgəsində həyata keçirilən kəşfiyyat və nəzarət fəaliyyəti zamanı İran istiqamətindən açılan atəş nəticəsində yaralanıb. Təcili şəkildə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq şəhid olub”, – məlumatda bildirilib.
Gununsesi.org