
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə-heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info












