Dövlət qurumlarına müraciət edən vətəndaşların bəzi hallarda müraciətlərinin qəbul edilməməsi və ya baxılmamış saxlanılması mümkündür.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev açıqlama verib.
Hüquqşünas bildirib ki, qanunvericilikdə müəyyən hallarda vətəndaşın müraciətinə baxılmaması və ya müraciətin geri qaytarılması nəzərdə tutulur.
Şamil Paşayevin sözlərinə görə, müraciət aşağıdakı hallarda baxılmamış saxlanıla bilər:
1müraciət anonim olduqda;
2)müraciətdə təhqir və ya nalayiq ifadələrə yol verildikdə;
3)məsələ daha əvvəl araşdırılıbsa və yeni hal göstərilmədən təkrar müraciət edildikdə;
4)müraciətə baxmaq səlahiyyəti olmayan dövlət orqanına ünvanlandıqda;
5)qanunvericiliyin tələb etdiyi zəruri məlumatlar müraciətdə göstərilmədikdə.
Hüquqşünas qeyd edib ki, dövlət qurumu vətəndaşın müraciətini yalnız qurumun və ya vəzifəli şəxsin xoşuna gəlmədiyi üçün qəbul etməkdən imtina edə bilməz.
“İmtinanın hüquqi əsası olmalıdır”, – deyə Şamil Paşayev vurğulayıb.
Elmar
Gununsesi.info












