Bu ay 8 gün iş olmayacaq

  • Müəllif: Firuzə
  • 07 Sentyabr 2026 14:21

Sentyabr ayında Azərbaycanda vətəndaşlar ümumilikdə 8 gün istirahət edəcəklər.

Gununsesi.info    xəbər verir ki, ay ərzində qeyri-iş günləri yalnız şənbə və bazar günlərinə təsadüf edir. Bu səbəbdən sentyabrda əlavə bayram və ya digər rəsmi istirahət günü nəzərdə tutulmayıb.

Beləliklə, sentyabr ayında ümumilikdə 22 iş günü olacaq, 8 gün isə həftəsonu ilə əlaqədar qeyri-iş günü hesab ediləcək.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Lakin bu tarix qanunvericiliyə əsasən iş günü hesab edilir.

Gununsesi.info