İrandan Azərbaycana piyada gəldi - DÜZ BAĞIRSAĞINDA NARKOTİK ÇIXDI

  • By admin
  • 09 Mart 2018 16:18
İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində yoxlama aparılıb.
Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı tibbi müayinədən keçirilmə zərurəti yarandığından vətəndaş gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstaxanasına aparılıb.
Tibbi müayinə zamanı vətəndaşın daxili orqanı-düz bağırsağından 3 ədəd bağlamada olmaqla, ümumu xalis çəkisi 173,265 qram təşkil edən narkotik vasitə-heroin, xalis çəkisi 20,62 qram təşkil edən narkotik vasitə tiryək və ümumi xalis çəkisi 24,25 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info