İranın ən məşhur serialının baş rol ifaçısı həbs edildi - FOTO

  • By admin
  • 26 İyun 2020 11:15

Donald Trampın vizaların verilməsinə qoyduğu qadağaya etiraz olaraq, 2017-ci ildə “Oskar” mükafatının təqdimetmə mərasimini boykot edən iranlı aktrisa Təranə Əlidusti polis məmurunun davranışı ilə bağlı videonu paylaşdıqdan sonra şərti cəzaya məhkum edilib.

Gununsesi.org bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, aktrisa “əxlaq polisi” ilə hicabsız qadın arasında münaqişənin qeydə alındığı videonu paylaşıb.

“Oskar” mükafatına layiq görülən “Satıcı” filminin baş rol ifaçısı iki il təxirə salınmaqla beş ay müddətinə həbs cəzasına məhkum edilib.

T.Əlidusti “hüquq-mühafizə orqanlarını təhqir etməkdə” və “dövlətə qarşı təbliğat fəaliyyəti”ndə təqsirli bilinib.

Məhkəmənin hökmünə görə, o, növbəti iki il ərzində digər cinayətlərə yol verməsə, həbs cəzasını çəkməyəcək.

Qeyd edək ki, Təranə Əlidusti İranın ən məşhur serialı olan və dünyanın bir sıra öləkələrində yayımlanan “Şəhrizad”da baş rolun ifasına görə də tanınır.

CANNES, FRANCE – MAY 21: Actress Taraneh Alidoosti attends “The Salesman (Forushande)” Premiere during the 69th annual Cannes Film Festival at the Palais des Festivals on May 21, 2016 in Cannes, France (Photo by Clemens Bilan/Getty Images)

Gununsesi.org