Hindistanda ildırım bir gündə 107 nəfərin həyatına son qoydu

  • By admin
  • 26 İyun 2020 11:24

Hindistanda bir gün ərzində 107 nəfər ildırım vurması nəticəsində ölüb.

Gununsesi.org bildirir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Qəzet yazır ki, ildırım Bihar ştatında 83, Uttar-Pradeş ştatında isə 24 nəfərin həyatına son qoyub.

İldırım vurması nəticəsində ölənlərin əksəriyyəti əkin sahələrində işləyən insanlardır.

Hindistanın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin nümayəndəsi Sandip Kumar bildirib ki, həlak olan vətəndaşların hər birinin ailəsinə 5,3 min dollar (doqquz min manat) təzminat ödəniləcək.

Gununsesi.org