İraq ordusu Suriya sərhədinə çatdı:  Son qəsəbə qaldı

  • By admin
  • 11 Noyabr 2017 21:58


İraq ordusu İŞİD-in əlində olan son qəsəbə, Ravaya çatıb.

Gununsesi.info xəbər verir ki, İraq ordusunun artıq Suriya ilə sərhəddə qərarlaşdığı bildirilib.

İŞİD-ə qarşı əməliyyatlardan məsul şəxs olan general-polkovnik Əbdüləmir Yarullah açıqlamasında Fərat çayını keçərək Rummananı geri aldıqlarını və əməliyyatın davam etdiyini bildirib.

 

Gununsesi.info