“Qarabağ”- “Çelsi” matçına nə qədər bilet satılıb?

  • By admin
  • 11 Noyabr 2017 22:09


“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 mindən çoxu artıq satılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsinə məlumat yayılıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Gununsesi.info