
İraq parlamenti İraq Kürd Regional Hökumətinin (İKRH) sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə qərara rədd cavabı verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində İraq Şiə Milli Koalisiyasında təmsil olunan millət vəkili Əli Safi bildirib.
Ə.Safi bildirib ki, müstəqillik referendumunun keçirilməsi barədə qərar İraq parlamentində böyük səsə çoxluğu ilə rədd edilib: “Hökumətin qərarına qarşı çıxan kürd millət vəkilləri isə parlamenti tərk ediblər” -, deyə o, əlavə edib.
Anar
Gununsesi.info