İşçisi rektoru məhkəmədə məğlub etdi - TEXNOLOGİYA UNİVERSİTETİNİN ƏMƏKDAŞINDAN PREZİDENTƏ MÜRACİƏT

  • Müəllif: admin
  • 05 Mart 2018 15:12

Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanov tərəfindən işindən qanunsuz olaraq kənarlaşdırılan Kəlbəcər köçkünü Azər Allahverdiyev məhkəmə qərarı ilə öz işinə bərpa edilib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən şəxsin özü bildirib. Qeyd edək ki, uzun zamandır rektorun qanunsuzluqları ilə üz-üzə qalan universitet əməkdaşı bu dəfə ölkə başçısına müraciət edib.

Gununsesi. Infoya daxil olan müraciətdə Azər Allahverdiyev rektoru korrupsiyada ittiham edib. O, bildirir ki, maliyyə nazirliyinin yoxlaması nəticəsində Universitetdə 1,3 milyon manat mənimsəmə faktı aşkarlanıb.: “Bununla bağlı materiallar sonradan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Cinayət işinin istintaqı tamamlandıqdan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.  Bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunub. Adı rüşvət və korrupsiya faktlarında hallanan bu şəxsin idarəçiliyi universitetdə ciddi narazılıq yaradıb. Odur ki, aidiyyatı qurumlara ünvanlanan şikayət və ərizlərə ciddi baxılmasına göstəriş verməyinizi xahiş edirik”.

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info