İşdən çıxan baş direktora yeni vəzifə verildi

  • By admin
  • 15 Fevral 2018 15:46
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən çıxarılan Leyla Seyidbəyovaya yeni vəzifə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, L. Seyidbəyova 7 saylı Doğum Evinin baş həkimi vəzifəsinə təyin olunub.
O, yeni vəzifəyə Bakı Baş Səhiyyə İdarəsinin əmri əsasında təyin edilib.
Gununsesi.info