İsgəndər Cavadovun oğlu “BMW” ilə avtoxuliqanlıq etdi - FOTOLAR

  • Müəllif: admin
  • 06 Oktyabr 2017 16:24
59d7730f088e8_587932_06
Sabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadov yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.
Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdən sonra sərbəst buraxılıb.
Gununsesi.info