İŞİD-ə ağır zərbə “MÜHARİBƏ NAZİRİ” ÖLDÜRÜLDÜ

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 12:00

04 (1)

İŞİD-in “müharibə naziri” öldürülüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiyaya məxsus təyyarələrin İŞİD-in Suriyanın Deyr-ez-Zor şəhərində yerləşən komanda məntəqəsinə zərbələr endirməsi nəticəsində terror qruplaşmasının “müharibə naziri” kimi tanınan Gülmurod Halimov məhv edilib.

Xatırladaq ki, Tacikistan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) komandiri, polkovnik Gülmurod Halimov ölkəni tərk edib və İŞİD tərkibində döyüşmək üçün Suriyaya yollanıb.

Məlumata görə, Rusiyanın aviazərbələri nəticəsində Gülmurod Halimov ilə yanaşı daha 4 yüksək rütbəli terrorçu onlardan “Deyr-əz-Zorun əmiri” Əbu Məhəmməd Əş-Şimali də öldürülüb. Bunlardan başqa 40 nəfər terrorçu da məhv edilib.

Anar

Gununsesi.info