İŞİD 10 min insanı “canlı siper” edib

  • By Mayil
  • 28 Oktyabr 2016 16:00

isid

İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərinin sakinlərindən “canlı sipər” kimi istifadə edirlər.
Gununsesi.info “Takvim” qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında çıxış edən BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının sözçüsü Ravina Shamdasani İŞİD İraqın Mosul şəhərinin ətrafında yaşayan 10 minlərlə ailəni zorla Mosula yerləşdirərək onlardan “canlı sipər” kimi istifadə edildiyinə diqqəti çəkib.
R. Shamdasani İŞİD silahlıları çərşənbə günü əmrlərə qarşı çıxan 232 nəfəri öldürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
R. Shamdasani sözlərinə görə, hazırda İŞİD silahlıları İraqın Shura bölgəsindən ən az 5 min 370, Nimrud bölgəsindən 2 min 210, Mosul bölgəsində isə 8 min ailəni qaçıraraq onlardan “canlı sipər” kimi istifadə edir.

Anar
Gununsesi.info