
İŞİD Terror Təşkilatının aylıq gəlirləri 80 faiz azalıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İngiltərənin “IHS Global Inc.” konsaltinq şirkəti tərəfindən hazırlanan hesabatda belə deyilir.
Belə ki, şirkətin hesabatına əsasən, 2015-ci ilin ikinci rübündə İŞİD Terror Təşkilatının aylıq gəlirləri 81 milyon dollar olduğu halda, 2017-ci ilin ikinci rübündə bu rəqəm 16 milyon dollara təşkil edib. Ekspertlər bu azalmanı İŞİD-in Suriya və İraqda itirdiyi ərazilərlə əlaqələndirib.
Qeyd edək ki, İŞİD tabeçiliyində olan ərazilərin təxminən 60 faizini itirib.
Şirkətin hesabatına görə, 2015-ci ilin yanvardan İŞİD-in tabeçiliyində olan ərazilərin ümumi sahəsi təxminən 90,800 kvadrat metr olduğu halda, 2017-ci ilin iyununda bu 36,200 metr kvadrat olub.
Anar
Gununsesi.info












