Pakistanın paytaxtı İslamabadda İŞİD terror təşkilatının komandirlərindən biri öldürülüb.
Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, Terrorla Mübarizə İdarəsi əməliyyatı Marri bölgəsində həyata keçirib. Nəticədə Ehsan Sattayi ölüb.
Digər iki İŞİD fəalı qaçaraq gizlənə bilib.
Gununsesi.info










