İŞİD Putini öldürməklə hədələdi

  • By admin
  • 01 Avqust 2016 11:49

İSİD

 

İŞİD terrorçuları Rusiyanı və bu ölkənin prezidenti Vladimir Putini təhdid edən 9 dəqiqəlik video yayıb. Video YouTube-da yerləşdirilib.

Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, yayılan videoda İŞİD terrorçuları Rusiyaya qarşı cihada başlamağa və Putini öldürməyə çağırış edib. Hazırda Rusiya təhlükəsizlik orqanları tərəfindən videonun müəllifinin və hansı şəraitdə sosial şəbəkələrə yerləşdirilməsi öyrənilir.

Gununsesi.info