Rezidenturaya qəbul başlayıb

  • By admin
  • 01 Avqust 2016 11:51

tqdk-1


Bu gündən etibarən TQDK rezidenturaya qəbul elan edib.

Gununsesi.info TQDK-ya istinadən xəbər verir ki, ixtisas seçiminin aparılması avqustun 1-dən 7-dək davam edəcək.  Belə ki, müsabiqə şərtini ödəyən namizədlər müəyyənləşdirilmiş müddətdə elektron ərizələrinə daxil olaraq, baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiqləməlidirlər.

Qeyd edək ki, “Rezidentura” jurnalının 3-cü sayında “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Jurnalın bu sayında  2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələri də təqdim edilib.

Gülnaz Qənbərli

Gununsesi.info