Direktorların “işinə” baxılacaq - TƏHSİL NAZİRLİYİ

  • By admin
  • 01 Avqust 2016 11:42

tehsil

 

Orta ümumtəhsil məktəblərində direktorlarının təyin edilməsi Təhsil Nazirliyi tərəfindən müvafiq müsabiqə və müsahibə əsas əsasında aparılır.

Son vaxtlar isə məktəb direktorlarının işə qəbulu, təyinatı zamanı Təhsil Nazirliyini tətbiq etdiyi müsahibə və müsabiqəyə tam əməl olunmadığı haqqında fikirlər səsləndirilir. Bəs, görəsən, yayılan informasiyalar əsaslıdırmı ?

Gununsesi.info “modern.az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyi sorğunu cavablandırarkən qeyd edib ki, yayılan informasiyaların heç bir əsası və sübutu yoxdur: “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalara əsasən, ümumtəhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir”. Nazirlikdən bildirilib ki, ölkədə orta məktəblərə direktorların qəbulu da şəffaf şəkildə aparılır: “Direktorların işə qəbulu müsabiqəsi şəffaflıq və obyektivlik təmin edilməklə, dörd mərhələdə (elektron ərizələrin qəbulu, göstəricilərin qiymətləndirilməsi, imtahan və müsahibə) təşkil olunur.

Belə ki, bu mərhələlərin hər birində yalnız uğurlu nəticə göstərmiş namizəd seçdiyi vakant direktor vəzifəsinə təyin olunur”. Sorgunu cavablandıran Təhsil Nazirliyi qeyd edib ki, qarşıdakı ay ərzində yekun komissiyanın rəyindən sonra imtahandan keçmiş direktorlar vakant vəzifələrə təyin olunacaqlar: “Artıq bu ildən, 25.07.2016-cı il tarixdən etibarən müsabiqənin müsahibə mərhələsinə start verilib. Namizədlərin seçdiyi vakant direktor vəzifəsinə təyin olunması müsahibə komissiyasının yekun rəyi əsasında müəyyənləşdiriləcək”.

Xəyalə Xanəziz

Gununsesi.info