“İslamiada”nın qalibi: "Belə şansı əldən verə bilməzdim..."

  • By admin
  • 14 May 2017 23:40

ruslan-2

IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu olmaq inanılmaz dərəcədə gözəl hissdir. Həm də ikiqat xoşdur ki, qələbəni sonuncu atəşimlə qazanmışam.

Gununsesi.info xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında tapançadan 25 metr məsafəyə sürətli atəşaçma yarışlarının qalibi Ruslan Lunev söyləyib.

O, deyib:

“Uzun müddət öz ritmimi tuta bilmirdim. Üstəlik, rəqiblərim çox yaxşı çıxış edirdilər. Türkiyəli idmançı Murat Kılıc lap əvvəldən liderliyi ələ almışdı. Oman təmsilçisi Səif Al-Haşmi yarışın sonuna yaxın çox yaxşı nəticələr göstərirdi. Vəziyyət elə gətirdi ki, finalda Murat Kılıcla qarşılaşmaq üçün omanlı idmançı ilə mübarizə aparmalı oldum. Mən beş mümkün hədəfin dördünə düşdüm, Səid isə yalnız ikisini düzgün nişan ala bildi. Odur ki, finala yolum açıldı. Final mərhələsində M.Kılıc qüvvəsini səfərbər edə bilmədi və yalnız bir dəfə hədəfə vurdu. Belə şansı əldən verə bilməzdim”.

Gununsesi.info