İsmail Alper Coşkun: “Yeni səfir Azərbaycan sevdalılarındandır” - EKSKLÜZİV

  • By admin
  • 25 İyun 2016 12:16

Ismail_Alper_oil_school_271212_1

 

“Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Erkan Özoral Azərbaycana gəlməyi səbrsizliklə gözləyir”. Bunu Gununsesi.info-ya açıqlamasında Türkiyənin Azərbaycndakı səfiri İslmail Alper Coşkun deyib. Onun sözlərinə görə, Azərbaycana təyin olunana yeni səfir də Azərbaycan sevdalılarındandır və bu ölkəyə çox bağlı insandır.”Çünki Erkan Özoral zamanında 4 il Bakıda səfirlikdə çalışıb”, – deyə səfir vurğuladı.

Diplomat əlavə etdi ki, yeni səfirin Azərbaycana nə zaman gələcəyi ilə bağlı hazırda protokol qaydasına uyğun olaraq proseslər gedir və proeseslər bitdikdən sonra Erkan Özoral Bakıya gələcək. “Bildiyiniz kimi bu, bir qaydadır və bundan keçilməlidir” -, deyə İ.A. Coşkun qeyd edib.

Əldə etdyimiz məlumata görə, Erkan Özoral 2009- 2010-cu illərdə Hülusi Kılıcın Azərbaycanda səfir olduğu zamanlarda səfirini müavini olub. Hazırda həmən vəzifəni Bakıda Meral Borlaş icra edir.

Onu da əlavə edək ki, Meral Borlaş da Bakıda diplomatik fəaiyyətinə son verir. O da səfir qismində Argentinada diplomatik fəaliyyətini davam etdirəcək.