
İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadan xəbər verir ki, rayonun Qaraqaya kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m2 olan birmərtəbəli 4 otaqdan ibarət evin 1 otağının tavanı 12 m2 sahədə və evə bitişik ümumi sahəsi 72 m2 olan talvarın dam örtüyünün yanar konstruksiyaları və altına yığılmış 10 ton ot bağlamasının 3 tonu, 1 ton buğda, 1 ton arpa yanıb.
Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunu. Yanğın saat 05:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info