
İsmayıllıdan yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Sulud kəndində 30 hektar biçilmiş taxıl sahəsi və 20 hektar kol-kos yanıb.
Yaxınlıqdakı meşə zolağı və evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












