İsrail Fars körfəzi ölkələri ilə dostlaşmaq qərarına gəldi

  • By admin
  • 06 Oktyabr 2019 10:35
İsrailin xarici işlər naziri İsrael Kats İran körfəzi ölkələrindən olan həmkarları ilə hücum etməməyə dair müqavilə bağlamaq təklifini müzakirə edib.
Bu barədə Gununsesi.org İsrailin “Arutz 12” telekanalına istinadən xəbər verir.
Katsın sözlərinə görə, o, bu təşəbbüsü ABŞ prezidentinin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Ceyson Qrinblatla müzakirə edib.
Müqavilənin bağlanması iqtisadi sahədə münasibətlərin normallaşdırılması və terrorçuluğa, həmçinin İranın təcavüzünə qarşı birgə mübarizə üçün zəruridir. Həmçinin qeyd edilir ki, hazırkı mərhələdə İsrail-Fələstin münaqişəsi ilə bağlı tam hüquqlu sülh razılaşmaları imzalana bilməz.
Gununsesi.org